Tel: +994 50 2120523
WhatsApp: +99450 2120523
24/7    10:00-20:00
      iş günləri və saatları
10:00-19:00
həftə sonu və bayramlar
royalrentacaraze@gmail.com
Neftchilar ave, Port Baku / 13 Huseyn Javid avenue, Bakı

FAQ

Royal Rent A Car Baku şirkətinə ən çox verilən suallar aşağıdakılardır.

İcarə etdiyiniz avtomobil haqqında öz suallarınızı bizim e-mail, facebook, instagram və what's-up ünvanına göndərin: Neçə yaşdan yuxarı avtomobil icarə etmək mümkündür, icarənin hansı şərtləri və qaydaları var, avtomobillərin mövsümi ve qeyri mövsümi qiymətləri, avtomobildə olan avadanlıqlar və ləvazimatlar haqqında, çatdırılma və qaytarılma şərtləri, siğorta xidməti, əlavə nə xidmət və imkanlar mümkün olduğunu və.s.



Avtomobil icarəsinin qiymətini bilmək istərdim?


Avtomobil icarəsi, avtomobilin modelindən, sürüləcək günlərin sayından və limitli yaxud limitsiz məsafə yürüşündən asılıdır. Təqdim etdiyimiz əlavə xidmətlərdən istifadə etsəniz, qiymət dahada yüksələ bilər, avtomobillərin ayrılıqda qiymətləri ilə bizim saytımızda tanış ola bilərsiniz.

AVTOMOBİLİ KİMLƏR İCARƏ EDƏ BİLƏR?

21 yaşdan yuxarı və 2 illik sürücülük vəsiqəsinə sahib olan şəxs avtomobil icarə edə bilər? Avtomobili icarə edən zaman ilk öncə müştərinin sənədləri fərqli BAZALARDA yoxlanılır, daha sonra siğorta şərtləri ilə razılaşarsa bu göstəricilərə sahib olan şəxsə avtomobil icarəyə verilir. Əsas şərt sürücülük müddətinin 1 ildən az olmaması və 21 yaşdan yuxarı olmasıdır. Ödənişlərinizi kredit kartları vasitəsi ilədə edə bilərsiniz (Master və Visa)

AVTOMOBİLİN İCARƏ QİYMƏTİNƏ NƏ DAXİLDİR NƏ DAXİL DEYİLDİR?

Qiymətə daxildir:
24 saat/7 avtomobil icarəsi, icbari-siğorta, natamam kasko siğorta, 4 fəsil təkərlər, 24 saatlıq texniki kömək, 1 saatlıq gecikmə Royal Rent A Car-da avtomobili icarə edən saatdan, vaxt müqavilədə qeyd olunur, avtomobilin oteələ, aeroporta (hava limanı) çatdırılması, Turistik məlumatlandırma, yol xəritələri və gəzməli görməli yerlərin, xəritəsi, mümkün vergilər və xərclər.
Qiymətə daxil deyil:
Əlavə avtomobil üçün ləvazimatlar, endirimlər pik mövsümdə və yanacaq.

İCARƏ ETDİYİM AVTOMOBİL NƏ İLƏ TƏCHİZ OLUNUB?

İcarə etdiyiniz avtomobil Azərbaycan Respublikasının Yol haqqında qanuna əsasən, vacib daşınmalı olan vasitələr ilə təchiz olunub (yanğın söndürən, ilkin tibbi yardım çantası və üçbucaq).

HANSI SİĞORTA MƏHSULLARI AVTOMOBİLƏ DAXİLDİR?

Avtomobil icarə olunan zaman, avtomobildə icbari siğorta və əlavə ödəniş olunarsa, natamam kasko siğortası daxil olur, təqdim olunmuş qiymətə.

Mümkündür ki, mən qəza edərsəm, bütün ödənişlərdən azad olum?

Bu mümkündür əlbəttə, bu zaman Siz avtomobilin icarə qiymətindən əlavə ödəniş etməlisiniz (500 AZN - 280 EUR).

MƏNƏ NƏ MƏSLƏHƏT EDƏRDİNİZ: LİMİTLİ İCARƏ YOXSA LİMİTSİZ İCARƏ?

Bu sizin avtomobildən istifadə məsafəsindən asılıdır. Limitli istifadə gündəlik 200km nəzərdə tutulub. Limitsiz icarə zamanı isə Siz məsafəni artıq icarə etmirsiz, burada əlavə ödəniş üçün də böyük məbləğ istənilmir.

İCARƏ MÜQAVİLƏSİNƏ ƏLAVƏ SÜRÜCÜLƏR ƏLAVƏ ETMƏK MÜMKÜNDÜR?

Bəli. Sən nə qədər sürücü istəsəniz, əlavə etmək mümkündür. İcarə edən zaman 1 əlavə sürücü üçün 10azn ödəniş edirsiniz, müqavilədədə bu əlavələr qeyd olunur. Müqavilədə qeyd olunan adam istəsrsə ki, başqa 1 nəfərdə sürücü kimi qeyd olunsun, ilk 1 ci şəxs üçün ödəniş alınmır.

NECƏ VƏ NƏ VAXT AVTOMOBİLİN İCARƏ PULUNU ÖDƏMƏLİYƏM?

Avtomobil icarə şirkəti Royal Rent a Car istər nəğd, istərsədə kartla, ödəniş qəbul edir (VISA, MC). Siz avtomobili icarə edən zaman, ödənişinizi edirsiniz və avtomobili qeyd olunmuş müddətə əldə edirsiniz. Avtomobili icarə edən zaman, əlavə avadanlıq və ləvazimatlarda sifariş edə biləsiniz bunun üçün Sizdən əlavə ödəniş alınacaq. Avtomobil tam dolu benzin bak ilə təqdim olunur, dolu bak ilə (full) geriyə alınır.

İCARƏ OLUNMUŞ AVTOMOBİLİ MÜQAVİLƏDƏ QEYD OLUNAN MÜDDƏTDƏN SONRA GERİYƏ QAYTARA BİLƏRƏM?

İcarə müqaviləsinə əsasən avtomobilin icarə müddəti başa çatdıqdan 1 saat sonra avtomobil əlavə ödənişsiz qəbul olunur. Növbəti 2 saat ərzində gecikmə 10 AZN cərimə hesablanır hər saat üçün. Əgər avtomobili müqavilədə qeyd olunan vaxtdan 3 saat gec qaytarılarsa, avtomobilin növbəti gün üçün ödənişi alınır. Bu halların baş verməməsi üçün öncədən şirkətimizi məlumatlandırın və əlavə cərimə ödənişləri ödəməyin. Bunun üçün bizimlə qeyd olunan vasitələr ilə əlaqə saxlayın: Telefon, What's up, Viber, Telegram, @mail və yaxud SMS mesaj. Bütün lazım olan əlaqələr Sizə təqdim olunacaq.

ROYAL RENT A CAR BAKU ŞİRKƏTİNDƏN İCARƏ ETDİYİM AVTOMOBİL İLƏ XARİCƏ SƏFƏR EDƏ BİLƏRƏM?

Xeyir. Bu heç bir halda mümkün deyil.

AVTOMOBİLİ OFİSDƏN KƏNARDA: MİSAL ÜÇÜN AEROPORTDA, RAYANONLARDA, OTELDƏ VƏ YA AZƏRBAYCANIN İSTƏNİLƏN BÖLGƏSİNDƏ TƏHVİL GÖTÜRÜB, TƏHVİL VERƏ BİLƏRƏM?

Bizim əməkdaşlar ölkənin istənilən yerində Sizə avtomobili təhvil verib və təhvil ala bilərlər. Bu zaman sadəcə olaraq məsafədən asılı olaraq çatdırılma xidməti üçün əlavə ödəniş alınacaq. Bu ödəniş 10 AZN-dən başlanır. Ofisdən kənarda təhvil alma və təhvil vermə prosessi bizim qiymət siyasətimizə uyğun olacaq, qiymətləri bilmək üçün növbəti linkə daxil olun. ROYAL RENT A CAR TARİFLƏR

ƏGƏR AVTOMOBİL BAKIDAN KƏNARDA SIRADAN ÇIXARSA, NƏ ETMƏK LAZIMDIR?

İlk öncə Royal Rent a Car şirkətini məlumatlandırmağa BORCLUSUNUZ VƏ CAVABDEHSİNİZ, Sizə əlaqə zamanı deyilən instruksiyalara uyğun hərəkət etməlisiniz. Müqavilədə bütün lazım olan əlaqələr qeyd olunur. Əgər problem yaranarsa 27/4 rejimində bizimlə əlaqə saxlaya bilərsiniz. Texniki xidmət əməkdaşı Azərbaycan, Türk, Rus, İngilis və Alman dilində danışır. Ciddi sınma və qırılma halı baş verərsə avtomobil yenisi ilə əvəz olunur.

TECHNICAL PROBLEMS STEPS:


* Bizim ilə əlaqə saxlayın.
* Ciddi nasazlıqdırsa Texniki xidmət ilə əlaqə saxlayın.
* Əgər avtomobili Siz zədələyib sıradan çıxartmısınızsa məsuliyyət müştəri daşıyır. Bu zaman avtomobil servisə evakuasiya olunur və müştəriyə qüsur aktı təqdim olunur. Əgər köhnəlmiş detalda sınma qırılma baş verərsə müştəridən heç bir ödəniş alınmır.

YOLDA QƏZA EDƏN ZAMAN NƏ ETMƏLİYƏM?

İlkin olaraq bizim menecerlərlə əlaqə saxlayıb qəzanın həcmi müəyyən olunur, təqdim olunmuş instruksiyaya uyğun hərəkət edirsiniz, daha sonra yerli polis orqanına məlumat veririsiniz, zəng ödənişsizdir - 102 xidməti. Qəza zamanı DYP əməkdaşı tərəfindən, Sizə təqdim olunan sənədi diqqət ilə oxuyub doldurmaq vacibdir. Bu zaman qəzanın baş vermə səbəbi aydınlaşacaq. Unutmayın ki qəza zamanı, hadisə yerinə gəlmiş siğorta əməkdaşının, DYP əməkdaşının və qəzanın digər iştirakçısının əlaqə nömrəsini götürmək vacibdir.

QƏZA ZAMANI ARDICILIQ:


* Siğorta əməkdaşı gəlmədən heç bir halda avtomobili yerindən tərpətmək və yaxud qırağa çəkmək olmaz (qəti qadağandır).
* Bizim şirkətin əməkdaşları ilə əlaqə saxlayın.
* Vəziyyətdən asılı olaraq Polisə (102) və Yanğın söndürmə (101) xidmətini məlumatlandırın.
* Qəzaya səbəb olmuş avtomobilin nömrəsini qeyd edin, ərazinin şəkillərini öz telefonunuz vasitəsi ilə çəkin.
* Hadisə yerinə polis gəlmədən heç bir addım atmayın və avtomobilə toxunmayın.
* İstənilən halda vəziyyətin gedişatı barədə şirkətimizi məlumatlandırın.

Mən Azərbaycanın gəzməli və görməli yerlərinə gedmək istəyirəm. Bu barədə dəqiq məlumatım yoxdur, bu barədə köməklik edirsinizmi?

Sizə 50 dən çox gəzməli və görməli yerlərin xəritəsini təqdim edə bilərik. ROYAL RENT A CAR BAKU şirkətindən icarə etdiyiniz avtomobil ilə daha çox ərazi gəzib dolana bilərsiniz, Azərbaycan Sizə daha yaxın olacaq öz sirli və maraqlı tarixi abidələri ilə... SƏYAHƏT ÜÇÜN MARAQLI YERLƏR